Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.
Bildirilir ki, Rusiya xarici işlər nazirinin Bakıya səfəri fevralın sonunda baş tutacaq, dəqiq tarix hələ müəyyən edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.