ABŞ prezidenti Co Bayden bazar ertəsi Kiyevdə səfərdədir. Ukrayna prezidenti Vladimir Zelenski səfərini ukraynalılara dəstəyin mühüm təzahürü adlandırıb. Azadmedia.az "Reuters"ə istinadla xəbər verir ki, ABŞ prezidenti Kiyevə səfəri zamanı bildirib ki, Ukrayna çərşənbə axşamı elan olunacaq 500 milyon dollarlıq yeni hərbi yardım paketi alacaq.
Zelenskinin ofisi bazar ertəsi bildirib ki, Zelenski və Bayden nümayəndə heyətlərinin üzvlərini təqdim etdikdən sonra üz-üzə danışıblar.
Ukrayna və Amerika nümayəndə heyətlərinin üzvlərini təqdim etdikdən sonra Ukrayna və ABŞ prezidentləri üzbəüz formatda danışıblar. Vladimir Zelenski qeyd edib ki, Cozef Baydenin səfəri Ukraynaya dəstəyin son dərəcə mühüm siqnalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.