AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Moldovaya təhlükəsizlik missiyası göndərmək imkanlarını araşdırır

  • + A
  • - A
  • 20-02-2023, 23:14

    Aİ Moldovaya təhlükəsizlik missiyası göndərmək imkanlarını araşdırır

    Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Aİ Şurası Moldovaya təhlükəsizlik missiyasının göndərilməsi imkanlarını öyrənir. Azadmedia.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, missiya Moldovanı Avropa İttifaqına üzv olmaq üçün namizəd kimi dəstəkləməli və onun xarici müdaxilələrə və sabitliyi pozan səylərə qarşı müqavimətini artırmalıdır.

    Bundan əvvəl Moldova parlamentinin sədri İqor Qrosu Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2023-cü ilin sonunda başlaya biləcəyini bildirmişdi.

    Moldova Prezidenti Maya Sandu tərəfindən baş nazir postuna namizədliyi irəli sürülən Ali Təhlükəsizlik Şurasının katibi Dorin Reçen respublikanın Avropa İttifaqına inteqrasiyası prosesini özünün əsas prioriteti adlandırıb.

    O qeyd edib ki, Moldova hakimiyyəti bu prosesə əlavə təkan verməli, respublikanın qanunvericiliyini Avropa İttifaqının qaydalarına uyğunlaşdırmalıdır, həmçinin Aİ qarşısında öhdəliklərini yerinə yetirməlidir.

    Qeyd edək ki, Moldova prezidenti Maia Sandu təhlükəsizlik məsələləri üzrə müşaviri Dorin Receanın baş nazirliyə namizədliyini irəli sürüb. Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR