Vatfor: Zelenskinin bunkeri 93 metr dərinlikdə ola bilər Ukrayna prezidenti Vladimir Zelenskinin bunkeri 93 metr dərinlikdə yerləşə bilər, onun girişləri, ehtimal ki, Bankova küçəsində və Hruşevski küçəsindəki Ukrayna hökumətinin binasında yerləşir. Azadmedia.az xəbər verir ki, bu məlumatlar Vatfor layihəsinin materialından əldə edilib.
“Vatfor”un məlumatına görə, iki blokdan ibarət ChZ-417 nömrəli bunker Moskva “Metroproekt” İnstitutu tərəfindən təqribən qırmızı metro xəttinin səviyyəsinə bərabər olan dərinlikdə layihələndirilib.
Layihə müəlliflərinin fikrincə, bunkerə girişlər çox güman ki, Bankova küçəsindəki prezident aparatının binasında və Hruşevski küçəsindəki Ukrayna hökumətinin binasında yerləşir.
Eyni zamanda, materialda qeyd edildiyi kimi, strukturun bloklarından biri texniki, həyati təminat sistemlərini ehtiva edən, ikincisi isə əməliyyat binaları blokudur. Bina üç mərtəbədən ibarətdir.
Məqalədə bildirilir ki, bunker elə qurulub ki, 2500 kiloqramlıq bombanın partlamasından və daşqından qorunsun.
Bundan əvvəl “The Sunday Times” Ukrayna hökumətindəki adı açıqlanmayan mənbəyə istinadən xəbər vermişdi ki, ötən ilin fevralından və bir neçə ay ərzində Ukrayna prezidenti Vladimir Zelenski və onu müşayiət edənlər yeraltı bunkerdə olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.