Romadakı hərbi prokurorluq Rusiyaya casusluqda ittiham olunan italyan dəniz zabiti Valter Biota ömürlük həbs cəzası istəyib. Azasmedia.az-ın məlumatına görə xəbəri Nova yayıb.
Agentliyin məlumatına görə, hərbi prokurorluq Biotu casusluq məqsədilə məxfi məlumatların əldə edilməsi və fotoşəkillərin çəkilməsi, o cümlədən məxfi məlumatların əldə edilməsi və açıqlanması ilə bağlı cinayətlərdə ittiham edib.
Bu cinayətlərə görə ən yüksək cəzanın ömürlük həbs ola biləcəyi vurğulanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.