AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrov və Mirzoyan Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcəklər

  • + A
  • - A
  • 17-03-2023, 18:43

    Lavrov və Mirzoyan Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcəklər

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada keçiriləcək görüşdə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcəklər. Azadmedia.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini parlamentdə çıxışı zamanı deyib.

    “Biz hamımız bilirik ki, Rusiya Aİ missiyasına həssasdır və biz bu məsələni tərəfdaşlarımızla müzakirə edirik. Yaxın günlərdə xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılır və Aİ missiyasının məsələləri gündəmdə olacaq”.

    Fevralın 20-də Avropa İttifaqı Ermənistanda Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə verməli olan vətəndaş missiyasının işinə başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR