Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Rusiyaya səfər edə bilər. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə çərşənbə axşamı Associated Press agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Zaporojjya Atom Elektrik Stansiyasının (ZNPP) ətrafında təhlükəsizlik zonasının yaradılması ilə bağlı danışıqlar son aylarda “proqressiz deyil”.
"Bu, həddindən artıq qeyri-sabitlik zonasıdır. Ona görə də danışıqlara təbii ki, davam edən hərbi əməliyyatlar təsir edir. Mən son bir neçə ayda baş verən prosesi heç bir irəliləyişə səbəb olmayan proses kimi qələmə verməzdim", - deyən Qrossi Moskva və Kiyevlə vəziyyəti ən yüksək səviyyədə müzakirə etdiyini və stansiya ətrafında mühafizə zonasının yaradılmasına gətirib çıxara biləcək “müxtəlif ssenariləri” müzakirə etməyə davam etdiyini bildirib.
"Bu təklifin mahiyyəti nüvə qəzasının qarşısını almaqdır", - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.