Avropa İttifaqı bu həftəsonu qeyd olunan Katolik Pasxa bayramından sonra Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin tətbiqini müzakirə edəcək. Azadmedia.az qeyd edir ki, bu barədə çərşənbə günü “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.
Üç avropalı diplomat qəzetə bildirib ki, "Pasxa həftəsonundan dərhal sonra" Avropa Komissiyası ilə Aİ səfirləri arasında məsləhətləşmələrin yeni mərhələsi planlaşdırılır.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 11-ci sanksiyalar paketinin onlardan yan keçməyin müxtəlif üsullarına qarşı yönəldiləcəyini bildirmişdi.
Bu həftə Reuters xəbər verib ki, Aİ ölkələri Macarıstan üçün bu sanksiyalar paketindən azad olunmaqla, Rosatom-a qarşı sanksiyalar və Rusiyanın Avropadakı nüvə sektoruna məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir. Budapeşt də keçən il eyni şəkildə Rusiya boru kəməri neftini almağa davam etmək hüququ əldə etdi və AB-nin qalan ölkələri 5 dekabr 2022-ci ildə qüvvəyə minən embarqo tətbiq etdi.
Aİ Macarıstanın etirazına görə Rosatom-a qarşı sanksiyaları fevralın 25-də təqdim etdiyi 10-cu sanksiyalar paketinə daxil edə bilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.