Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatı “Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatı bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıqdır sıx əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdı. İkitərəfli əlaqələrin inkişafında bu sənədlər mühüm rol oynayıb”.
“Reallıq ondan ibarətdir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirib. Öncə neft hasilatına, sonra qaz hasilatına başlanıldı. Eyni zamanda, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir”.
Dünyada və regionda baş verən hadisələr bir daha göstərdi ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.
“Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın gücləndirilməsi istiqamətində addım və səyləri bu fikri bir daha təsdiq edir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu layihələrin də uğurla icra oluncağına heç şübhə yoxdur. Tərəflər bu məsələdə qətiyyətli və prinsipial mövqe nümayiş etdirirlər”.
Hazırda Azərbaycanın Qarabağada bir çox istiqamətlərdə, o cümlədən enerji sahəsində mühüm layihələrin icrasını planlaşdırdığını xatırladan millət vəkili deyib:
“Artıq bir sıra layihələrin icrasına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır”.
Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Memorandumun əhəmiyyətinə gəldikdə, sənəd gələcək əməkdaşlığımızın yol xəritəsidir.
“Planlaşdırılmış bütün məsələlər icra olunub. Şəbəkələrin qurulması əsas məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha səylə çalışmalıyıq. Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları var. Bu çox önəmli məsələdir.
Onu da qeyd edək ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində də ciddi iş aparılır. Gələn ay hazırlıq işləri başa çata bilər. Bu tərəflər arasında əlaqələri daha da inkişaf etdirəcək, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyacaq.
Həmçinin, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada da ciddi işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Ticarət dövriyyənin artırılması və inkişaf etdirilməsində əsas məqsəd xalqlarımızın rifahının yaxşılaşdırılmasıdır”.
Rövşən Muxtarov – Masallı rayon Güllütəpə kəndi