AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşanın Rusiyadakı keçmiş səfiri: Polşa-Ukrayna birliyi ideyası real deyil

  • + A
  • - A
  • 6-04-2023, 22:51

    Polşanın Rusiyadakı keçmiş səfiri: Polşa-Ukrayna birliyi ideyası real deyil

    Polşanın Rusiyadakı keçmiş səfiri Katarjina Pelçinska-Nalenç deyib ki, Ukrayna ilə vahid dövlət yaratmaq ideyası reallıqdan uzaqdır. O, bu barədə RMF FM-in efirində məlumat verib.

    Onun sözlərinə görə, birlik ideyası cəlbedicidir, lakin real deyil, çünki bu, hər iki ölkənin rifahını təmin etməyəcək.

    Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin Ukrayna və Polşanın tank mərmilərinin birgə istehsalı barədə razılığa gəldiyini bildirmişdi. Bu barədə nazir özünün Telegram kanalında yazıb.

    Azadmedia.az xəbər verir ki, Nazirin sözlərinə görə, razılıq Ukrayna prezidenti Vladimir Zelenskinin Polşaya səfəri zamanı əldə olunub. Memorandumu Ukrayna dövlət holdinqinin direktoru və Polşa istehsalçısının rəhbərliyi imzalayıb.

    O əlavə edib ki, nazirliyin vəzifələrindən biri həm Ukrayna müəssisələrində, həm də xarici tərəfdaşlarla birlikdə mərmi istehsalını artırmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR