AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin xarici işlər naziri Azərbaycana səfərə gəlib

  • + A
  • - A
  • 18-04-2023, 15:18

    İsrailin xarici işlər naziri Azərbaycana səfərə gəlib

    İsrailin xarici işlər naziri Eli Koen Azərbaycana səfərə gelib. Azadmedia.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

    Naziri kibertəhlükəsizlik, daxili təhlükəsizlik, su təchizatı və kənd təsərrüfatı sahəsində 20 İsrail şirkətindən ibarət biznes nümayəndə heyəti müşayiət edir.

    Azərbaycanın İranla sərhəddə yerləşən coğrafi mövqeyi Azərbaycan və İsrail arasında münasibətləri çox mühüm edir və böyük potensiala malikdir. Bu barədə İsrailin xarici işlər naziri Eli Koen Bakıya uçmazdan əvvəl jurnalistlərə bildirib.

    Koen əlavə edib ki, Azərbaycana səfəri zamanı o, iki ölkə arasında iqtisadiyyat, ticarət, müdafiə, enerji və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsini davam etdirmək niyyətindədir.

    Səfər çərçivəsində İsrailin xarici işlər nazirinin aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail hökumətlərarası komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

    Bundan əlavə, Eli Koen Bakının yəhudi icmasının nümayəndələri ilə görüşəcək.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR