Çin və Filippin ölkələrinin nümayəndələri Pekin nümayəndə heyətinin Manilaya səfəri zamanı ölkələr arasında fəal şəkildə əlaqələr qurmağa və əməkdaşlığı gücləndirəcəklərinə söz veriblər. Azadmedia.az xəbər verir ki, bu məlumatı “Global Times” verir.
Bildirilir ki, Çinin xarici işlər naziri Qin Qanqın Filippinə səfəri zamanı ölkələr arasında fikir ayrılıqlarından daha çox oxşar maraqların olduğu qənaətinə gəliblər.
Filippinin xarici işlər naziri Enrike Manalo da deyib ki, Manila və Pekin arasında Cənubi Çin dənizindəki siyasətlə bağlı fikir ayrılıqları iki dövlət arasında münasibətlərin sonu deyil.
Görüşdən sonra ölkələrin nümayəndələri gələcək siyasi mübahisələrdə konsensus axtarmaq niyyətlərini açıqlayıblar.
Bundan əvvəl Filippin hakimiyyəti Amerika silahlarının saxlanmasından imtina etmək niyyətində olduqlarını bəyan etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.