Politoloq Ülkər Piriyeva - AzadMedia.az - a açıqlamasında, "Rusiya-Çin münasibətləri" və "ABŞ əleyhinə müxalifət sayəsində artan Rusiya-Çin birliyi, qarşıdakı dövrdə açıq-aşkar çox yönlü ABŞ-Rusiya-Çin mübarizəsinə çevrilə bilər", deyə bildirib.Çağdaş dünyada hadisələr nüvə, kimyəvi və bioloji qırğın silahlarından fərqli olaraq başqa bir dünyaya, yəni kiber dünyaya nəql edildi.
Hazırda, dövlətlərin təsir dairələrinin yaradılması və genişləndirilməsi siyasəti çərçivəsində əhəmiyyət verdiyi siyasi bir vasitə olan regionalizm - tək olmayan xarakter və tətbiqedici aktyorların siyasi münasibətlərinə və qərar qəbul etmə mexanizmlərinə görə fərqli bir təşəbbüsdür. Əsasən klassik regionalizm və yeni regionalizm olaraq ikiyə ayrılan bu siyasi baxışa verilə biləcək ən vacib iki nümunə, kəsişən coğrafiyalarda qurulan MİY - Müasir İpək Yolu və AEB- Avrasiya İqtisadi Birliyidir. Xüsusilə, Asiya Əsri olaraq ifadə edilən XXI əsr Çin və Rusiyanın rəhbərliyi altında qurulan bu iki yenidənqurma təşəbbüsünün bir-birinə qarşı hansı siyasi və iqtisadi davranışlara sahib olması vacib bir məsələdir. Elə hazırda, Çin və Rusiyanın beynəlxalq arenadakı digər dövlətlərlə əlaqələrini və iqtisadi güclərini nəzərə alaraq, Çinin Rusiyadan daha üstün mövqeyə malik olduğunu söyləmək o qədər də çətin deyil.
Ancaq məsələyə daha dərindən baxsaq, son illər ABŞ amilinin təsiri ilə hər sahədə inkişaf edən Rusiya-Çin münasibətləri, iki ölkənin qarşılıqlı maraqlarının uzun müddətli təhdid ediləcəyi rəqabət potensialına sahibdir, deyə bilərik.
Belə ki, 2001-ci ildə Rusiya ilə Çin arasında imzalanan Dostluq Sazişi iki ölkə arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı. Sovet lideri Xruşşovun gərginliyi çoxdan geridə qaldığı kimi, o vaxtdan bəri gündəmdə olan sərhəd mübahisəsi həll edildi və hər iki tərəf qarşılıqlı olaraq, çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə başladılar. Aralarında 4min km-dən artıq bir sərhədə malik olan bu iki ölkə bir-birlərini bir çox cəhətdən tamamlamaqdadır. Bəli, dünyanın ən böyük torpaqlarına sahib olan Rusiya Federasiyası bugün dünyada böyük bir hərbi güc təşkil edərkən, dünyada ən çox əhaliyə sahib olan Çin iqtisadiyyat sahəsində lider mövqedə sayılıq. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya ilə Çinin ABŞ kimi ortaq düşmənlərinin olması isə, işbirlikləri bərabər, beynəlxalq aləmdə də birlikdə hərəkət etmələrini təmin edir.
Reallığa baxsaq, bir tərəfdən Rusiya ilə Çin arasındakı ticarət həcmi bütün dünyada iqtisadi tənəzzül olmasına baxmayaraq hər il artmaqda davam edir. Elə iki ölkə arasında olan ticarət həcmi 2016-cı ildə 70 milyard dollar olduğu halda, 2019-cu ildə 110 milyard dollara yüksəldi. Bununla belə, 2019-cu ilin sonunda Şərqi Sibirdən Çinə təbii qaz çatdıracaq boru kəməri - xəttin gücü 2024-cü ildə ildə 38 milyard kubmetrə çatdırılacaq - quruldu. Qeyd etməliyəm ki, bu layihə hər iki tərəf üçün böyük əhəmiyyətə malikdir. Çinin ildə 125 milyard kubmetr idxal edən enerji mənbələrinə olan ehtiyacı artarkən, Rusiya ABŞ-ın təzyiqi altında Rusiyadan asılılığını azaltmağa çalışan Avropa Birliyi ölkələrinə alternativ müştərilər axtarmaqda. Eynilə Çin əslində qeyri-sabit Yaxın Şərq bölgəsindəki ölkələrdən asılılığını azaltmağa və enerji təhlükəsizliyini təmin etməyə çalışır. Sibirin 50 milyard kubmetr tutumlu Power-2 boru kəmərinin inşasının gündəmdə olması və Rusiyanın Çinə neft və sıxılmış qaz satması da bu sahədəki əməkdaşlığın hər iki tərəfin marağında olduğunu göstərir. Əslində, Rusiya 2019-cu ildə Səudiyyə Ərəbistanını belə geridə qoyaraq Çinin neft idxalında I yerə yüksəldi.
Digər tərəfdən hələlik, iki ölkə ortaq səylərlə ABŞ-ı Orta Asiyadan uzaqlaşdırsa da, Çinin bu bölgədə, xüsusən iqtisadi sahədə genişlənməsi Moskvanın inteqrasiya proseslərinə ziyan vurur və Rəsmi Kremli bu vəziyyət çox narahat edir.
Hazırda, Rusya və Çin arasında olan münasibətləri ABŞ faktoru daha da yaxınlaşdırır
İqtisadiyyat və enerji sahələrindən əlavə, tərəflər hərbi sahədə də sıx əməkdaşlığı inkişaf etdirirlər. Tərəflər Baltik dənizi, Sakit okean və Hind okeanlarında ortaq hərbi təlimlər keçirərkən, Moskva Pekinə ballistik raketlərin erkən xəbərdarlıq sistemini qurmaqda kömək etdi. Əslində deyə bilərik ki, ABŞ faktorunun Türkiyə-Rusiya işbirliyində olduğu kimi Rusiya-Çin münasibətlərində yaxınlaşdırıcı rola sahibdir.
Asiyanın Sakit okenan bölgəsi əslində iki ölkə arasında gizli bir rəqabət sahəsidir. SSRİ-nin dağılmasından sonra Moskva bir çox digər yerlərdə olduğu kimi burada da təsir gücünü itirdi. Bu boşluğu isə bugün Çin doldurmaqdadır..
Rusiya başda ABŞ olmaqla, Qərblə mübarizədə siyasi və hərbi sahəni tutarkən, Çin bu sahədə iqtisadi sahədə mübarizə aparır. Rusiya bir çox bölgədə ABŞ-la qarşılaşmaqdan çəkinməsə də, Çin ticarət müharibəsi aparır. Rusiya həqiqi üzv olduqları BMT Təhlükəsizlik Şurasında daha fəaldır, Çin isə daha çox Rusiyanın qanun və ya vetosunu orda dəstəkləyir.
Əslində bu gün xüsusilə ABŞ əleyhinə müxalifət sayəsində artan Rusiya-Çin birliyi, qarşıdakı dövrdə açıq-aşkar çox yönlü ABŞ-Rusiya-Çin mübarizəsinə də çevrilə bilər.
Rusiya ilə Çin arasındakı əməkdaşlığın konkret nəticələrindən biri də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində bölgə ölkələri ilə inkişaf etdirdikləri əməkdaşlıqdır. İzlədikləri düzgün siyasət nəticəsində ABŞ-ı bölgədən uzaqlaşdırmağı bacardılar. Əslində Qırğızıstan və Özbəkistanda, xüsusən də rəngli inqilab cəhdlərindən sonra Amerika hərbi bazalarını onlara qapatdırdılar. Başqa sözlə, Rusiya ilə Çin, çox istiqamətli ikitərəfli əməkdaşlığın yanında beynəlxalq aləmdə də bir-birlərini dəstəkləməkdən heç də qaçınmırlar.
Çinin iqtisadi sahədə sakit irəliləməsi Rusiyanın maraqlarını təhdid edir
Lakin bütün bu açıq-aşkar pozitiv mənzərələrə baxmayaraq, Rusiyanın uzunmüddətli perspektivdə əsas rəqibi beynəlxalq ictimaiyyətdə ABŞ deyil, Çindir. Əvvəlcə Rusiya və Çinin Orta Asiyada rəqib olduqlarını söyləməliyik. Hələlik iki ölkə birgə səylərlə ABŞ-ı bölgədən uzaqlaşdırsa da, Çinin bu bölgədə, xüsusən iqtisadi sahədə genişlənməsi Moskvanın inteqrasiya proseslərinə zərər verir və Kremli çox narahat edir. Buna görə, ŞƏT çərçivəsində də olsa, Moskva güclü olduğu hərbi sahədə əməkdaşlığı vurğulayarkən, Pekin iqtisadi məsələlərə diqqətini cəmləşdirir. Yenə də son illərdə Çinin bölgədəki təsirini azaltmaq üçün Moskva ŞƏT-dən çox Avrasiya İqtisadi Birliyi və Çinin iştirak etmədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi təşkilatlara daha çox əhəmiyyət verir. Təşkilat genişlənməyə davam etsə də, bu məsələ təşkilatın mövcudluğunu təhdid edir.
Orta Asiyaya əlavə olaraq, Asiya Sakit okean bölgəsi əslində iki ölkə arasında gizli bir rəqabət sahəsidir. SSRİ-nin dağılmasından sonra Moskva bir çox digər yerlərdə olduğu kimi burada da təsir gücünü itirdi. Bu boşluğu Çin doldurdu. Buna görə Çin, Moskvanın bu gün o bölgədə nüfuzunun artırmasını istəmir. Bənzər bir vəziyyət digər bölgələr üçün də keçərlidir. Rusiya milyardlarla dollar xərcləyərək ABŞ-la qarşıdurmanı riskə ataraq Orta Şərqdə mövcud olmağa çalışdığı halda, Çin iqtisadi gücü sayəsində təsirini daha asan, risksiz və ən əsası səssiz şəkildə artırır. Çinin bu səssiz irəliləməsi Rusiyanın buradakı maraqlarını təhdid edəcəkdir.
Moskvanı narahat edən bir başqa məsələ də Sibirdə ildən-ilə artan Çin əhalisidir, bu rəqəmin 2 milyona yaxın olduğu fikirlər də mövcuddur. Elə Rusiya mətbuatında yer alan xəbərlərə görə, Pekin rus qızları ilə evlənən vətəndaşlarına müəyyən miqdarda pul ödəyir və bu evliliklərdən doğulan uşaqlar üçün ödəniş məbləğini artırır. Bununla belə, burada məskunlaşan Çinlilərin torpaq aldığı da məlumdur. Moskva bu təhdidin fərqindədir və bununla bağlı bəzi tədbirlər görür. Bu tədbirlərin nəticə verib verməyəcəyi barədə nəsə demək isə qeyri mümkündür.
Rusiya silah müştərilərini Çinə qaptırmaqda davam edir. Təxmin olunduğu kimi, Çinin bu sahədəki müştəriləri Rusiyanın köhnə müştəriləridir. Hərbi texnologiyaların Rusiya büdcəsinin enerji mənbələrindən sonra ikinci vacib maddəsi olduğunu nəzərə alsaq, bunun Kreml üçün böyük bir zərbə olduğunu demək mümkündür.
Yaxın perspektivdə, məzmun baxımından Rusiya-Çin münasibətləri əslində Rusiya-Türkiyə münasibətlərinə bənzəyir. İki ölkənin bir tərəfdən bir-birlərinə ehtiyacı var, beynəlxalq aləmdəki inkişaflar həm də işbirliklərini gücləndirmələrini tələb edir, eyni zamanda iki ölkə bir çox bölgədə və bir çox sahədə rəqibdir. Rusiya ilə ABŞ arasında 2014-cü ildən, Çinlə 2018-ci ildən bəri yaşanan gərginlik, bir tərəfdən iki ölkəni daha da yaxınlaşdırır, digər tərəfdən isə ABŞ-ın diqqətinin iki cəbhəyə ayrılmasına səbəb olur. Digər tərəfdən, Çinin ABŞ-la ticarət müharibəsi şübhəsiz ki, Rusiyanın xeyrinə olsa da, Rusiyanın ABŞ-la siyasi sahədə apardığı mübarizə Çinin maraqlarına uyğun bir inkişafdır. Bu gün xüsusilə ABŞ əleyhinə müxalifət sayəsində artan Rusiya-Çin birliyi, qarşıdakı dövrdə açıq-aşkar çox yönlü ABŞ-Rusiya-Çin mübarizəsinə çevrilə bilər.
Yenə də, ABŞ və Rusiya münasibətlərinə nəzər salmış olsaq, ikisi də işbirliklərinin və mövcud uzlaşmaların onları Suriyada iş birliyinə məcbur etdiyini bilirlər. ABŞ nə Suriyada qalmaq, nə də Rusiya getmək istəyir. İsrail Suriyada İranı hədəf alarkən, Rusiya və ABŞ artıq İranın iştirakı ilə əldə etdiyi nüvə anlaşmasına qayıtmaq istəyirlər. Hər ikisi də nüvə silahlarının azaldılması müqaviləsini yeniləmək istəyir. ABŞ eyni zamanda, beynəlxalq münasibətlərdə əsas rəqibinin Çin olduğunu bilir. Vaşinqtonun okeanın o tayındakı əsas rəqibinə alışmış olan Moskva, indi Çini birbaşa sərhədlərində yeni bir super güc olaraq görür. Geosiyasi kriteriyalara görə isə, Çinin iştirakı ilə iki ölkə, Rusiya və ABŞ, aralarında başqa bir Soyuq Müharibə etmək lüksünə sahib deyillər.
Ancaq Çin pandemiyadan sonra qlobal dirçəlişə rəhbərlik etmək və dünya səhnəsində hər zamankindən daha təsirli olmaq istəyir, sanki.
Bununlada kifayətlənmək olmaz, bir də görünən odur ki, bəzi dövlətlərin siyasi güc kimi üstünlük təşkil etmək səyləri bölgəmizdə də yaxın illərdə daha da artacaqdır.
Qafqaz və Orta Asiya ən çox diqqət çəkən bölgə kimi görünür. Türk Dünyası hər iki bölgədə ciddi bir ağırlığa sahibdir. Həm Türkiyəni, həm də Azərbaycanı narahat edən bu vəziyyətdə fürsətlər və təhlükələr var. ABŞ uzun müddətdir bölgədə deyildi. Yeni prezident Co Baydenin açıqlamalarına baxsaq, bölgədə Tramp dövründən daha fəal olacağı görünür.
ABŞ bölgəyə gəlsə, qlobal bir oyunçu olaraq Rusiya və Çinlə qarşılaşacaq. SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan ölkələr Rusiya-Çindən daha çox ABŞ-a yaxınlaşdılar. ABŞ hətta burada hərbi bazalar qurdu. Ukrayna ilə Gürcüstan arasında Rusiya ilə müharibələrin arxasında ABŞ dururdu. ABŞ-ın bölgədəki çəkisi Obama və Tramp dövründə daha çox zəiflədi. Bu iki ölkə xaricində SSRİ-dən çıxan digər ölkələr bu iki prezident dövründə ABŞ-dan daha çox Rusiya və Çinə yaxınlaşdılar. ABŞ-ın Baydenlə yenidən bölgədə olma ehtimalını nəzərdən keçirmək lazımdır.
ABŞ yeni dövrdə xarici siyasət baxımından çətinliklərlə qarşılaşacaq. Qarşısında görəcəyi Rusiya, Çin və İran üzərində dayanacaqdır. Xüsusilə Rusiyanın Cənubi Qafqazdakı artan hərbi mövcudluğu çox güman ki, prioritet olacaqdır. Bayden bu səbəbdən NATO-nu vurğulayacaq. Digər NATO ölkələrinin Qafqaz siyasətinə daxil olma ehtimalı çox aydındır.