Qüdsdə İsraildə məhkəmə islahatının tərəfdarları tərəfindən aksiya keçirilib. “The Jerusalem Post”un məlumatına görə, burada 200 minə yaxın insan iştirak edib.
Tədbir Knesset (parlament) binasının yaxınlığında təşkil olunub. Aksiya iştirakçıları arasında hökumətin nümayəndələri, o cümlədən islahatın təşəbbüskarı olan ədliyyə naziri Yariv Levin, həmçinin maliyyə naziri Bezalel Smotriç də var idi.
Aksiyanın şüarı belə olub: “Xalq məhkəmə islahatlarını tələb edir”. Qəzet qeyd edir ki, tədbirə çoxlu uşaq gətirilib. Heç bir insident, o cümlədən polisin iştirakı ilə qeydə alınmayıb.
Azadmedia.az xatırıadır ki, 2022-ci ilin dekabrında Benyamin Netanyahu İsrailin baş naziri postuna qayıdıb və hüquq sistemi də daxil olmaqla islahatları elan edib. Bu, Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəməyə hökumətin qərarlarını ləğv etməyə imkan verən qanunvericilik prinsipindən imtina etməyi nəzərdə tutur. Təşəbbüs kütləvi etirazlara səbəb oldu və martın sonunda cənab Netanyahu islahatı dayandırdı. Aprel ayında etirazlar yenidən başladı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.