Roma Papası Fransisk bildirib ki, onun Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə Ukraynadakı münaqişə səbəbindən təxirə salınan görüşü baş tutmalıdır. Azadmedia.az xəbər verir ki, bunu Macarıstana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Pontifikin sözlərinə görə, Ukraynada silahlı münaqişə başlayandan bəri o, patriarxla cəmi bir dəfə danışıb - söhbət Zoom xidmətindən istifadə etməklə baş tutub və 40 dəqiqə davam edib. Papa bəyan edib ki, o, Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri mitropolit Antoninin köməyi ilə Rus Pravoslav Kilsəsinin rəhbəri ilə əlaqə saxlayır.
Papa Fransisk ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında ilk və indiyə qədər yeganə görüş 2016-cı il fevralın 12-də Kubada baş tutub. Monteneqronun baş naziri Dritan Abazoviç Papanı Podqoritsada Patriarxla görüşə dəvət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.