AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ prezidentinin müşaviri ilə danışıqlar aparıblar

  • + A
  • - A
  • 3-05-2023, 22:29

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ prezidentinin müşaviri ilə danışıqlar aparıblar

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Görüşün əsas müzakirələri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə həsr olunub. Görüşdə V.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduğunu qeyd edib, sülh sazişinin razılaşdırılması və imzalanmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlar atmaqdan imtina etməsi vacibdir. Eyni zamanda o, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu və Ermənistan tərəfinin bu istiqamətdəki səylərə müdaxiləsinin qəbuledilməz olduğunu vurğulayıb.

    V.Bayramov vurğulayıb ki, ciddi təhlükə mənbəyi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmamasıdır.

    Sallivan bildirib ki, Amerika tərəfi regionda sülhün və sabitliyin təmin olunmasında, sülh müqaviləsi üzrə danışıqların uğurla başa çatmasında maraqlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR