AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baydenin reytinqi tarixi minimuma enib

  • + A
  • - A
  • 8-05-2023, 03:57

    Baydenin reytinqi tarixi minimuma enib

    ABŞ prezidenti Co Baydenin Ağ Evdə qaldığı bütün müddət ərzində işinə razılıq səviyyəsi minimuma çatıb və 36% təşkil edir.

    Öz növbəsində, insanların 56%-i hazırkı prezidentin işini mənfi qiymətləndirir. Respondentlərin qalan hissəsi cavab verməkdə çətinlik çəkib.

    Bundan əlavə, ABC News-un Washington Post ilə keçirdiyi sorğuya əsasən, amerikalıların 68%-i 80 yaşlı Baydenin ikinci müddətə namizəd olmaq üçün çox qoca olduğuna inanır. Respondentlərin 44%-i Baydenin 2024-cü il seçkilərində ehtimal olunan rəqibi, 76 yaşlı eks-prezident Donald Trampı çox yaşlı hesab edir.
    Bir çox respondent Trump-ın zehni itiliyini və yaşına görə yaxşı sağlamlığını qeyd edib. Baydenin vəziyyətində isə sorğu iştirakçılarının bu iki məqama şübhələri var idi.

    Həmçinin, sorğuya əsasən, amerikalıların 54%-i Trampın prezidentliyi dövründə iqtisadi çətinliklərin öhdəsindən yaxşı gəldiyinə inanır. Bayden haqqında amerikalıların 36%-i bu fikri bölüşür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR