AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Litva və Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da önəmli addımlar atılacaqdır

  • + A
  • - A
  • 23-05-2023, 23:03

    Litva və Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da önəmli addımlar atılacaqdır


    Milli Məclisi deputatı Ceyhun Məmmədov

    Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə daha müsbət təsir göstərəcək. Qarşılıqlı münasibətlər növbəti mərhələdə daha da dərinləşəcək.
    Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nausedanın görüşü zamanı ikitərəfli məsələlər müzakirə olundu. İqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulandı.
    200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirilir.
    Bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq Sazişi çox önəmlidir.
    Görüşdə bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparıldı. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Çox güman ki, canab prezidentin də vurğuladığı kimi yaxın gələcəkdə iki ölkə arasında bu sahədə də əməkdaşlıq ediləcək.
    Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparıldı. Cənab prezident Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair fikirlərini bildirdi, işğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdıldığını bir daha diqqətə çatdırdı. Bütün bunlara baxmayaraq Bakının dayanıqlı sülh üçün konstruktiv səylər göstərdiyini bəyan etdi.
    Səfər zamanı yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi. Litva Azərbaycanda yaşıl enerji sahəsində layihələr üzrə əməkdaşlıqda maraqlıdır. Litva bərpa olunan enerji mənbələri, xüsusən də günəş enerjisi sektorunda böyük potensiala malikdir.
    Prezident İlham Əliyevin Litvaya səfəri zamanı çoxşaxəli məsələlərin müzakirəsi bunu deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır və bu səfərdən sonra da ölkələr arasındakı əməkdaşlıq daha güclü inkişaf edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR