Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Qazaxıstanın baş naziri Əlixan Smailovun Bakıya səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcək. Azadmedia.az xəbər verir ki, bu barədə o, Bakıda səfərdə olan Qazaxıstanın Baş naziri Əlixan Smailovla görüşündə bildirib.
“Əməkdaşlığımızın gündəliyi kifayət qədər genişdir, ildən-ilə genişlənir. Mən şadam ki, prezidentlər səviyyəsində qəbul edilmiş sazişlər həyata keçirilir. Bu onu deməyə əsas verir ki, ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir.
Razılaşdığımız tədbirlərin həyata keçirilməsi ticarətin artmasına töhfə verəcək və enerji, nəqliyyat və digər sahələrdə daha da böyük layihələrin həyata keçirilməsi üçün əlavə biznes imkanları yaradacaq", - Əliyev deyib.
Qazaxıstanın baş naziri görüşdə Astana və Bakının qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdırmaq planlarını təsdiqləyib: “Ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı qarşımıza qoyulan vəzifəyə uyğun olaraq, biz bu sahədə əməkdaşlıq edirik Azərbaycan hökuməti ticarət-iqtisadi əlaqələri genişləndirməlidir”, - Smailov vurğulayıb.
O qeyd edib ki, iki ölkə arasında qarşılıqlı fəaliyyət “etimada və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlıq və müttəfiqliyin bariz nümunəsidir”.
Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda ən mühüm ticarət və iqtisadi tərəfdaşıdır. Məlumata görə, 2022-ci ildə ikitərəfli ticarət dövriyyəsi 40% artaraq 460 milyon dolları ötüb, bu ilin ilk dörd ayında qarşılıqlı ticarət dövriyyəsi 40% artaraq 185 milyon dollar təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.