Qlobal Cənub "qlobal sülh sammiti"nə tələsmir
Afrika ölkələri Ukrayna ilə bağlı sülh planından əl çəkmir və Moskva və Kiyevlə qarşılıqlı əlaqəni davam etdirməyə hazırdır. Bunu Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor almaniyalı həmkarı Annalena Burbok ilə danışıqlardan sonra deyib. Bundan əvvəl Cənubi Afrika prezidentinin administrasiyası öz nümayəndəsinin Kopenhagendə Kiyevin təşəbbüsü ilə çağırılan və “qlobal sülh sammiti”nin keçirilməsi məsələsinin müzakirə olunduğu gizli iclasa səfəri ilə bağlı xəbərləri təkzib edib. İyulun 27-28-nə planlaşdırılan Rusiya-Afrika sammiti ərəfəsində Pretoriya açıq şəkildə bildirir ki, Rusiyanın iştirakı olmadan planlaşdırılan “sülh sammiti” Afrika sülh təşəbbüsünün davamı sayıla bilməz. Cənubi Afrikanın rəhbərliyi Afrika planı əsasında alternativ konfrans keçirməyi təklif edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.