AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə İstanbulda əcnəbilərə ilkin yaşayış icazəsi verilməsinə qadağa qoyulmasını rədd edib

  • + A
  • - A
  • 16-07-2023, 10:48

    Türkiyə İstanbulda əcnəbilərə ilkin yaşayış icazəsi verilməsinə qadağa qoyulmasını rədd edib

    Əcnəbilərə ilkin yaşayış icazəsi (icazə) verilməsinə qoyulan qadağa bütün İstanbula deyil, 39 rayondan yalnız 10-na şamil edilir. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Miqrasiya İdarəsi məlumat yayıb.

    “İstanbulda 39 rayonun hamısının yaşayış icazəsi almaq üçün bağlanması ilə bağlı deyilənlər doğru deyil – söhbət ilkin yaşayış icazəsi üçün müraciət etməyin mümkün olmadığı yalnız 10 rayondan gedir”, - agentliyin açıqlamasında deyilir.

    Söhbət Avcılar, Bahçelievler, Başakşehir, Bağçılar, Esenler, Küçükçekmece, Sultangazi, Zeytinburnu rayonlarından gedir, Fatih və Esenyurt rayonlarının isə 2021-ci ildən etibarən bağlı olduğunu Miqrasiya İdarəsi açıqlayıb.

    Onlar əlavə ediblər ki, ötən il iyulun 1-dən Türkiyə üzrə 63 rayon əcnəbilərin ilkin yaşayış icazəsi alması üçün bağlanıb. İstanbul Miqrasiya İdarəsinin məlumatına görə, hazırda şəhərdə 1,3 milyon əcnəbi yaşayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR