Pentaqonun sözçüsü Sinq: ABŞ Hörmüz boğazına F-16 və esmines göndərəcək
Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, ABŞ Hörmüz boğazına F-16 və F-35 qırıcıları, həmçinin USS Thomas Hudne esminesi göndərəcək. RİA Novosti xəbər verir ki, belə bir tədbirin məqsədi “ABŞ-ın maraqlarının və naviqasiya azadlığının qorunması” adlanır.
Bu avadanlığın boğaza göndərilməsinə səbəb kimi “Hörmüz boğazında son vaxtlar baş vermiş bir neçə narahatedici hadisə” göstərilib. Esminesin boğazda qalma müddəti müəyyən edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.