Vətəndaş Şükürov Azad Sadiq oğlu dələduzluq yolu ilə pulu əlindən alınan vətəndaşdır. Ondan pul alanlar özlərini yüksək vəzifəli adamların qohumları kimi qələmə verib, 12 min manatını əlindən alıb. Vətəndaş dəfələrlə əlaqədar orqanlara şikayət etsə də, işin bilərəkdən araşdırılmamasından narazıdır. Azad Şükürov
Azadmedia.az vasitəsilə
Baş Prokuror Kamran Əliyevə müraciət edərək işə ədalətli baxılmasını xahiş edir. Dələduzluqla pulunu mənimsəyən Sabrinanın qardaşı Azad Şükürova Dağıstandan zəng edir, şikyəti dayandırmağı tələb edir, SADVAL terror qruplaşması adı ilə təhdid edir.
Demək ki, özlərini nazirlərin qohumları kimi təqdim edən dələduzlar hansısa terror təşkilatına arxalanıb qorxub-çəkinmədən dələduzluqla məşğul olur və təəssüf ki, hələ də azadlıqda əməllərini davam etdirirlər.
İndiyə qədər Azadmedia.az saytında işıqlanan bütün problemlər həllini tapıb. İnanıram ki, vətəndaş Şükürov Azad Sadiq oğlu tezliklə poçt ünvanımıza təşəkkür məktubunu yollayacaq.
Qeyd edim ki, 2004-cü ildən YAP üzvü olan Azad Şükürov vəsiqəsini sevərək ürəyinin başında gəzdirir və Ulu öndər Heydər Əliyevin imzasına hörmət əlaməti olaraq vəsiqəsini dəyişmir.
Elnurə AbuşovaMəktubu olduğu kimi dərc edirik:
Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə
Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Badamdar yolu küçəsi, 28 saylı evdə yaşayan Şükürov Azad Sadiq oğlu tərəfindən
Tel: 070 213-66-13
055 727-85-07
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və Vətəndaşların Müraciətləri Haqqında qanunun 7-ci maddələrinə müvafiq
MÜRACİƏT
01.04.2022-ci il tarixdə vətəndaşlar, Süleymanova (Alxasova) Sabrina Cavidovna və Quliyeva Laləzar Rəhmanovna barəsində etdiym şikayətlə bağlı Bakı şəhər Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində təhqiqat araşdırması aparılmışdır.
Belə ki, həmin şəxslər yaxın dostum olan Sahibin oğlunu Fövqəladə hallar Nazirliyinə işə düzəltmək adı ilə məndən 12000 manat pul alıb, etibarımdan sui-istifadə edərək aldatma yolu ilə 12000 manat pulumu ələ keçirmişlər.
Həmin şikayətimlə bağlı 37-ci Polis Bölməsində bir neçə dəfə araşdırma aparılsa da, lakin sonda Xətai rayon Polis idarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 22.11.2022-ci il tarixli qərar qəbul edilmişdir.
Qərar isə qeyri-obyektiv, səthi və əsassızlığı ilə diqqət cəlb edir.
Belə ki, təhqiqatçı həmin qərarda bir tərəfli qaydada Süleymanova (Alxasova) Sabrina Cavidovna və Quliyeva Laləzar Rəhmanovnanın həqiqəti əks etdirməyən ifadələrinə və guya “borc” məqsədilə məndən pul almalarına dair yazılı qəbzlərinə əsaslanmaqla hesab etmişdir ki, onların əməlində cinayət tərkibi yoxdur və şikayət mülki xarakterlidir.
Lakin təhqiqatçı bir faktı nəzərdən qaçırmışdır ki, həmin borc haqqında qəbzlər əslində Süleymanova (Alxasova) Sabrina Cavidovna və Quliyeva Laləzar Rəhmanovnanın məndən işə düzəltmək adı ilə aldıqları pulu pərdələmək məqsədi güdmüşdür. Həmin qəbzlərin məzmununda onlar, gələcəkdə mənə qarşı edəcəkləri dələduzluq əməlini əvvəlcədən ört-basdır etmək məqsədilə, düşünülmüş şəkildə qeyd edirlər ki, guya bu pulu məndən öz şəxsi istifadələri üçün alırlar. Bu məkrli hiylə məharətini onlar, əvvəllər başqa şəxslərə qarşı etdikləri dələduzluq əməlləri ilə bağlı polis orqanlarında araşdırma zamanı öyrənmişlər.
Belə ki, onlar başqa şəxslərə qarşı da dələduzluq etdiklərinə görə barələrində cinayət işi istintaq edilmiş və məhkəmə hökm ilə məhkum olunmuşlar.
Təhqiqatçı həmin şəxslər barəsində əvvəllər cinayət işinin olması faktını qərarda qəsdən göstərməmiş və onların dələduzluq residivinə hüquqi qiymət vermək istəməmişdir.
Bundan başqa təhqiqatçı işə düzəlmək istəyən Xaliqin atası Sahib adlı şəxsi şahid qismində dindirməmiş, Süleymanova Sabrina Cavidovnanın və Quliyeva Laləzar Rəhmanovna ilə mənim aramda olan səs yazılarına əhəmiyyət verməmişdir.
Süleymanova (Alxasova) Sabrina Cavidovna, mobil kontaktları tərəfindən “Getcontact” mobil proqramında dələduz, işə düzəldən kimi adlandırılır.
Demək onun dələduzluq cinayətini özünə peşə etməsi və özünü işə düzəldən kimi təqdim etməsi onun mobil kontaktları tərəfindən öz təsdiqini tapır.
Təhqiqatçı bir halı nəzərə almamışdır ki, Süleymanova (Alxasova) Sabrina Cavidovna və Quliyeva Laləzar Rəhmanovnanı əvvəllər tanımamışam. Ona görə də tanımadığım həmin şəxslərə borca pul verə bilməzdim. Demək bu pul onlara yalnız işə düzəltmək məqsədilə verilə bilərdi.
Qeyd edim ki, Süleymanova (Alxasova) Sabrina Cavidovnanın tanışı Qəşəng adlı qadın Bakı şəhər Nərimanov metro stansiyası yaxınlığında ofis işlədir. Onun vasitəsi ilə Sabrina Süleymanova işə düzəltmə və sair xidmət adı altında vətəndaşları cəlb edərək, onları aldadıb pullarını ələ keçirir. Bununla bağlı bu günədək heç bir əməliyyat tədbirləri görülməmişdir.
Qeyd edim ki, hazırda Xətai rayon prokurorluğu tərəfindən Xətai rayon Polis idarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 22.11.2022-ci il tarixli qərarı ləğv edilərək, toplanmış material əlavə araşdırma aparılmasından ötrü Xətai rayon Polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. Həmin idarənin müstəntiqi Taleh Baxışov materialın onun icraatında olduğunu bildirsə də, lakin bu günədək araşdırmanın nəticəsi barədə heç bir xəbər yoxdur.
Süleymanova (Alxasova) Sabrina Cavidovna və Quliyeva Laləzar Rəhmanovnanın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkib əlamətləri vardır.
Cinayət Məcəlləsinin “QEYD” hissəsində göstərilir ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür.
Belə ki, Süleymanova (Alxasova) Sabrina Cavidovna və Quliyeva Laləzar Rəhmanovna qabaqcadan əlbir olan bir qrup şəxs halında, əvvəlcədən hazırlanmış plan əsasında aldadaraq 12000 manat pulumu ələ keçirmişlər.
Hesab edirəm ki, həmin şəxslər havadarıq edən vəzifəli məmurlar var. Əks halda onlar dəfələrlə bu dələduzluq hərəkətlərini etdikləri halda məsuliyyətə cəlb edilib cəzalanmalı idilər.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən «Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər».
Yuxarıda göstərdiklərimə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini rəhbər tutaraq
XAHİŞ EDİRƏM:
Süleymanova (Alxasova) Sabrina Cavidovna və Quliyeva Laləzar Rəhmanovna barəsində Cinayət Məcəlləsinin 178.2.1-cü maddəsi ilə cinayət işi başlanılsın.
“___30____” dekabr 2022-cı il ___________________ Şükürov A. S.