AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Blinken İranla nüvə danışıqlarının bərpasına icazə verib

  • + A
  • - A
  • 24-07-2023, 09:57

    Blinken İranla nüvə danışıqlarının bərpasına icazə verib

    İİR Vaşinqtonun iki ölkə arasında gərginliyin azaldılması çağırışını adekvat şəkildə qəbul edərsə, ABŞ İranla nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıda bilər.
    ABŞ-ın dövlət katibi Entoni Blinken ötən gün CNN telekanalına müsahibəsində deyib ki, Birləşmiş Ştatlar gələcəkdə İranla nüvə məsələləri üzrə danışıqlara qayıtmaq imkanını istisna etmir.

    Azadmedia.az RİA Novosti-yə istinadla xəbər verir ki, Vaşinqton hazırda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) müzakirə etmir, lakin o, Tehrana iki ölkə arasında yaranmış gərginliyi “azaltmaq” istəyini çatdırıb.
    Xatırladaq ki, ABŞ 2018-ci ilin mayında JCPOA-dan çıxdıqdan və Tehrana qarşı sanksiyaları bərpa etdikdən sonra İran bu saziş üzrə öhdəliklərini tədricən azaltmağa başlayıb və nüvə tədqiqatları və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR