Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə zəng edib.
Dövlət başçısı Özbəkistan liderinin ad günündə ona ölkənin inkişafı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Söhbət zamanı tərəflər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sürətlə inkişafından məmnunluq ifadə ediblər, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd ediblər.
Dövlət başçıları ikitərəfli əlaqələrin gələcək hərtərəfli inkişafına dair fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Şavkat Mirziyoyevin yaxın vaxtlarda Azərbaycana dövlət səfəri gözlənilir. Tərəflər bu səfərin ikitərəfli münasibətlərin inkişafında növbəti mərhələ olacağına əminliklərini ifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.