Rusiya prezidenti Vladimir Putinin avqustda Türkiyəyə səfəri zamanı müzakirə etməyi planlaşdırdığı məsələlər məlum olub. Azadmedia.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə tərəflər Taxıl sazişi və Ukrayna ilə bağlı vəziyyəti müzakirə edəcəklər.
İki ölkə liderləri Moskva və Kiyev arasında mümkün sülh sazişini də müzakirə edəcəklər.
Qeyd olunur ki, səfərə hazırlıq artıq başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.