Dövlət Departamenti: ABŞ Talibana Kabillə uçuşları bərpa etməyi təklif edib
TASS ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Talibana danışıqlarda Kabillə hava hərəkətini bərpa etməyi təklif edib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, müzakirə olunan məsələlər arasında uçuşların bərpası, terrorizmlə mübarizə, narkotiklərlə mübarizə, həbsdə olan Amerika vətəndaşlarının azadlığa buraxılması olub.
Azadmedia.az xatırladır ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən və Amerikanın dəstəklədiyi Əşrəf Qani hökumətini devirdikdən sonra Kabil hava limanı 2021-ci ilin payızından bəri faktiki olaraq bağlı qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.