Azərbaycan prezidenti İlham Əliyev tacikistanlı həmkarı İmoməli Rəhmonu Bakıya dövlət səfərinə dəvət edib. Azadmedia.az xəbər verir ki, o, bunu Tacikistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlhom Abduraxmonun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısının saytındakı məlumatda qeyd olunur ki, İ.Əliyev iqtisadiyyat, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün çoxlu təşəbbüslərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Tacikistan arasında tərəfdaşlıq əlaqələri möhkəmlənir.
Bundan əlavə, Əliyev Azərbaycan və Tacikistanın regionları arasında əməkdaşlığın, şəhərlər arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.
Abdurahmon öz növbəsində vurğulayıb ki, Bakı ilə Düşənbə arasında birbaşa aviareyslərin açılması turizm sahəsində əməkdaşlığın inkişafına mühüm dəstək olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.