AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belçikanın xarici işlər naziri Azərbaycanda səfərdədir

  • + A
  • - A
  • 24-08-2023, 15:43

    Belçikanın xarici işlər naziri Azərbaycanda səfərdədir

    Belçikanın xarici işlər naziri Hadja Labib Azərbaycanda səfərdədir. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Azərbaycan Prezidenti İlham Əliyev adətən ölkəyə səfər edən xarici işlər nazirlərini qəbul edir, dövlətlərin ikitərəfli münasibətləri, regionda və dünyada aktual məsələlərlə bağlı fikir mübadiləsi aparır.

    Azərbaycan mətbuatının yazdığına görə, dövlət başçısı Belçikanın xarici işlər nazirini ermənipərəst mövqeyinə və Ermənistana səfəri zamanı verdiyi əsassız bəyanatlara görə qəbul etməyəcək.

    Qeyd edək ki, Belçika xarici işlər nazirinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub.

    Xatırladaq ki, avqustun 22-də Belçikanın xarici işlər naziri Hacı Labibin regiona səfəri başlayıb. Əvvəlcə o, Ermənistana, avqustun 23-də isə Gürcüstana səfər edib. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edən Ləbib bu ölkənin xarici işlər naziri və baş naziri ilə görüşlərdə bir daha ermənipərəst mövqeyini nümayiş etdirib, Azərbaycana qarşı əsassız iddialar səsləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR