İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının sədri Məhəmməd Laval Süleymanın başçılıq etdiyi nümayəndə heyəti işğalı zamanı mədəni və dini irsin dağıdılması faktlarının müəyyən edilməsi missiyası ilə Azərbaycana gəlib.
Azadmedia.az xəbər verir ki, onlar ölkənin İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə gəlib.
İƏT nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən dəfələrlə atəşə tutulan Gəncə şəhərinə səfər edəcəklər.
Missiyanın nəticələrinə əsasən İƏT hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə təqdim edəcək
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.