AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəzi verilişlər uşaqların əxlaqını pozur — Millət vəkili

  • + A
  • - A
  • 13-06-2018, 09:22

    Bəzi verilişlər uşaqların əxlaqını pozur — Millət vəkili















    Bu gün Milli Məclisdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva təkliflərlə çıxış edib.
    Axar.az xəbər verir ki, uşaqların zərərli informasiyalara, əsasən, internet resurslarında məruz qaldığını bildirən millət vəkili onların bu resurslarda zərərli informasiyadan qorunması üçün ciddi addımların atılmasının və bunun qanunda öz əksini tapmasının vacibliyini vurğulayıb. Bir çox valideyn və müəllimin çağırış və təkliflərini səsləndirdiyini dilə gətirən millət vəkili bildirib ki, bu gün məktəblərimizin ətrafı demək olar ki, internet-kafelərlə sarılıdır və həmin məkanlarda uşaqların zərərli məlumatlardan qorunması üçün heç bir şərait yoxdur:

    “Valideyn uşağını məktəbə yola salır, amma onun dərsarası fasilədə nə ilə məşğul olduğuna və ya evə bir neçə dəqiqə gec gəlməsinə ciddi nəzarət edə bilmir. Məktəbin düz yanında internet-kafelər olduğu üçün uşaqlar bəzən bir dəqiqə ərzində ora gedə bilir və onun baxması üçün yasaq olan hər şeyə baxa bilir. İnternet-kafelərimizdə filtrasiya və kamera-nəzarət sistemi pis vəziyyətdir. Ona görə də uşaqların bu cür yerlərdə onun üçün zərərli məlumatlardan, görüntülərdən, film və verilişlərdən qorunması üçün ciddi mexanizmlər də bu qanunun 2-ci oxunuşda müzakirəyə çıxarılan zaman nəzərə alınmalıdır”.

    Qənirə Paşayeva qanunda televiziya, radio kanallarının üzərinə düşən məsuliyyətlə bağlı maddələri tam dəstəklədiyini deyərək bildirib ki, çox təəssüf ki, uşaqlar bəzi hallarda televiziyalardan da zərərli informasiyalar alırlar və onların qorunması üçün qanunda nəzərdə tutulan maddələrin həyata keçməsinə ciddi nəzarət mexanizmləri olmalıdır:
    “Çox təəssüf ki, bəzi əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar eşidirlər. Bunlara da son qoyulmalıdır”.

    Millət vəkili uşaqlarla bağlı, onların dünyagörüşünün zənginləşməsinə, tərbiyəsinə, maariflənməsinə, səviyyəli şəkildə əylənməsinə xidmət edən verilişlərin artmasının da qanunda əksini tapmasını istəyib. O bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması yolları ilə bağlı təhsil müəssisələrində uşaqların geniş maarifləndirməsinə böyük ehtiyac olduğu qədər, televiziya, radio kanallarında, bir sözlə, bütün media qurumlarında buna yer ayrılmalıdır və bu, qanunda əksini tapmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR