AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstanın xarici işlər naziri: Azərbaycanla əməkdaşlıq neft-qaz sektorunda bizim üçün ciddi imkanlar açır

  • + A
  • - A
  • 17-09-2023, 21:02

    Macarıstanın xarici işlər naziri: Azərbaycanla əməkdaşlıq neft-qaz sektorunda bizim üçün ciddi imkanlar açır

    Macarıstan bu gün neft və qaz tədarükü üçün yeni marşrutlar axtarmağa məcburdur, çünki əvvəlki marşrutlar Ukraynadakı münaqişə nəticəsində pozulub. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

    Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır.

    “Beləliklə, bizim yeni əlaqələrə, yeni təchizat marşrutlarına ehtiyacımız var və türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı fürsət təqdim edir”, - Szijjarto bildirib.

    Diplomat onu da qeyd edib ki, Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və müqaviləyə əsasən, yeni ilin əvvəlində ondan 275 milyon kubmetr qaz alacaq.

    “Bu il Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alıb. Türkmənistan və Qətərdən qaz almaq planları var”, - deyə Macarıstanın xarici işlər naziri yekunlaşdırıb.

    Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə başlayıb. Dəhlizin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) ilkin ötürücülük qabiliyyəti 20 milyard kubmetrə qədər genişləndirilmək imkanı ilə ildə 10 milyard kubmetr təşkil edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR