AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan müxalifəti Paşinyanın impiçment prosesinin başladığını elan edib

  • + A
  • - A
  • 20-09-2023, 23:37

    Ermənistan müxalifəti Paşinyanın impiçment prosesinin başladığını elan edib

    “İnterfaks” xəbər verir ki, Ermənistan müxalifəti ölkənin baş naziri Nikol Paşinyanın və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması prosesinin başladığını elan edib.

    Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan Ermənistan hökuməti qarşısında keçirilən mitinqdə deyib: “Biz fəaliyyət proqramı hazırlamışıq, onun əsas məqsədi indiki rejimi hakimiyyətdən uzaqlaşdırmaqdır”.

    Onun sözlərinə görə, bir gün əvvəl demək olar ki, bütün müxalifət partiyaları saatlarla davam edən müzakirələr zamanı mövcud vəziyyətdən çıxmaq üçün “yol xəritəsi” formalaşdırıblar, xüsusən də “məsuliyyətli olacaq” milli komitə yaratmaq qərarına gəliblər.

    Xatırladaq ki, bu gün İrəvanda Ermənistan hökumət evinin qarşısında kütləvi etiraz aksiyası keçirilir.

    Qeyd olunur ki, Respublika meydanına toplaşanlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

    Yerli mətbuatın məlumatına görə, aksiyada əsasən müxalifət partiyalarının nümayəndələri iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR