AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin rəhbərləri Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

  • + A
  • - A
  • 25-09-2023, 08:18

    Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin rəhbərləri Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

    Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl anlaşması, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

    “Həmsöhbətçilər 2022-ci il iyulun 22-də Ukrayna ərzaq məhsullarının ixracına dair Qara dəniz təşəbbüsünün dayandırılmasından sonra bağlanmış İstanbul sazişləri ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər”, - missiya Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşdən sonra qeyd edib.

    Hər iki tərəf qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğuladı, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR