Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - yaşıl enerji zonası” Beynəlxalq Konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişiklikləri sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Unikal"a bildirilib ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərində noyabr ayının sonunda keçiriləcək İqlim Dəyişiklikləri üzrə 28-ci Konfrans (COP28) ərəfəsində birgə fəaliyyət istiqamətləri, “yaşıl” inkişafa keçid perspektivləri, Paris Sazişi ilə bağlı məqsədlərə nail olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın COP28-də ölkə pavilyonu ilə iştirakının nəzərdə tutulduğu qonaq tərəfindən yüksək qiymətləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.