“Biz Azərbaycan ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.
O qeyd edib ki, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkan açılıb:
“Biz Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşma mümkün qədər tez əldə olunacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.