AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Kipr Prezidenti: Biz Azərbaycanla münasibətlərdə yeni mərhələyə qədəm qoyduq

  • + A
  • - A
  • 17-10-2023, 11:10

    Şimali Kipr Prezidenti: Biz Azərbaycanla münasibətlərdə yeni mərhələyə qədəm qoyduq


    Biz Azərbaycanla münasibətlərimizdə yeni mərhələyə qədəm qoyduq. Bunu Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatar Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

    ŞKTC lideri qeyd edib ki, Azərbaycanda keçirilən görüşlər son dərəcə məhsuldar olub. Onun sözlərinə görə, Azərbaycanın rəsmi şəxsləri və ictimaiyyəti onu xüsusi maraqla qarşılayıb.

    “Biz Azərbaycanla çoxillik əlaqələrimizi gücləndirmişik”, - deyə Tatar vurğulayıb.

    O əlavə edib ki, ŞKTC Azərbaycanla təhsil, incəsənət, mədəniyyət, turizm, qarşılıqlı ticarət və digər sahələrdə əlaqələri inkişaf etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR