Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Türkiyə və Azərbaycanla münasibətlərinə diqqət yetirməyə çağırıb.
“The Wall Street Journal” yazır ki, o, İrəvanın Moskva əvəzinə Bakı və Ankara ilə münasibətlər kursunu müəyyənləşdirməli olduğunu deyib.
ER hökumətinin başçısı vurğulayıb ki, o, regionda sülh yolu ilə nizamlanma perspektivlərinə nikbin baxır. Paşinyan əlavə edib ki, Cənubi Qafqazın gələcəyi Azərbaycan və Türkiyə ilə quru sərhədlərinin açılması ilə bağlıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.