Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Bu barədə Qazaxıstanın dövlət başçısı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.