AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhlükəsizlik Əməkdaşlığı daha da artırılmalıdı

  • + A
  • - A
  • 3-11-2023, 13:46

    Təhlükəsizlik Əməkdaşlığı daha da artırılmalıdı

    Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında müdafiə və təhlükəsizlik, müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə çağırıb.

    Cümə günü Türk Dövlətləri Təşkilatının (TDT) Astanada keçirilən X sammitində çıxış edən ölkə rəhbəri “bu gün dünyanın müxtəlif regionlarında beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu”, qarşıdurmaların, müharibələrin getdiyini bildirib və qeyd edib ki, “bu halda təhlükəsizliyin əsas təminatçısı, ilk növbədə, ölkələrin müdafiə potensialı olur”.

    "Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artırılmalıdır", - Əliyev deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR