AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanatla çıxış edib

  • + A
  • - A
  • 4-11-2023, 23:14

    Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanatla çıxış edib


    Almaniya XİN naziri Annalena Barbok Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında yalan bəyanatla çıxış edib.

    Belə ki, Real telekanalının müxbiri Almaniya Xarici İşlər Nazirliyinin rəhbərindən Azərbaycana səfəri çərçivəsində azərbaycanlı məcburi köçkün və qaçqınlarla görüşüb-görüşmədiyini soruşub.

    O, sualı cavablandırarkən əvvəlcə Qarabağı tərk etmiş ermənilərlə görüşünü ətraflı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər naziri məsələnin mahiyyətini ona xatırlatdıqdan sonra bu gün Bakıda xalqla görüş keçirdiyini deyib.
    Mənbələrin bildirdiyinə görə, əslində Almaniya xarici işlər naziri bəzi vətəndaş cəmiyyətinin nümayəndələri ilə Bakı restoranlarının birində görüşü nəzərdə tutur.

    Daxil olan məlumata görə, nazir azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşə dəvət olunsa da, o, bundan imtina edib.

    Annalena Bärbok başa düşməlidir ki, onlarla görüş azərbaycanlı qaçqınların və məcburi köçkünlərin əzablarını anlamaq üçün vacib idi və bu cür yalan bəyanatlar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir göstərmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR