Cümə günü Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə səfər edəcək, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Aİ-nin paytaxtında Qriqoryan “Ermənistanın strateji gələcəyi: RA-Avropa” forumunda iştirak edəcək.
Həmçinin, Avropa səfəri çərçivəsində Qriqoryanın bir sıra işgüzar görüşləri də olacaq.
Xatırladaq ki, noyabrın 8-də Moskvada MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin görüşü keçirilib. Qriqoryan tədbirdə iştirakdan imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.