AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa Rusiyanı ölkə daxilində gərginlik yaratmaqda ittiham edib

  • + A
  • - A
  • 9-11-2023, 23:37

    Fransa Rusiyanı ölkə daxilində gərginlik yaratmaqda ittiham edib

    Fransa Xarici İşlər Nazirliyi RRN portalının Parisdə David Ulduzları olan binaların fotoşəkillərini dərc etdiyinə görə Rusiyanı daxili işlərə qarışmaqda və ölkə daxilində “gərginlik yaratmaqda” ittiham edib. Bu barədə RİA Novosti departamentin kommünikesinə istinadən xəbər verir.

    Fransa nazirliyinin məlumatına görə, Rusiyaya bağlı olduğu iddia edilən Recent Reliable News şəbəkəsi sosial şəbəkələrdə Parisin 10-cu rayonundakı evlərdə David Ulduzları şəklində qraffitilərin görünməsi ilə bağlı məlumatların “süni şəkildə şişirdilməsi”ndə iştirak edib.

    Kommunikenin mətnində qeyd olunur ki, baş verənlər Rusiyanın Fransaya onlayn müdaxiləsinin yeni əməliyyatıdır və bu, Fransada və Avropada ictimai müzakirələrdə çaşqınlıq yaratmaq və gərginlik yaratmaq məqsədilə beynəlxalq böhranlardan istifadə edən davam edən fürsətçi və məsuliyyətsiz strategiyadan xəbər verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR