AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda Bosfor boğazı gəmilərin tranziti üçün bağlanıb

  • + A
  • - A
  • 28-11-2023, 23:10

    İstanbulda Bosfor boğazı gəmilərin tranziti üçün bağlanıb

    Türkiyə hakimiyyəti qasırğalı küləklər səbəbindən gəmilərin tranziti üçün İstanbulda Bosfor boğazını bağlamaq qərarına gəlib. RİA Novosti xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.

    Çərşənbə axşamı saat 15.15-dən etibarən Çanaqqala boğazı da tranzit üçün bağlıdır.

    “Pis hava şəraiti ilə əlaqədar İstanbulda Bosfor boğazı hər iki istiqamətdə gəmilərin tranziti üçün saat 17.50-dən müvəqqəti olaraq bağlanıb”, - Sahil Mühafizəsinin mətbuat xidmətindən bildirilib.

    Sinoptiklər İstanbul vilayətində sürəti saatda 80 kilometrə çatan qasırğalar səbəbindən "sarı" təhlükə səviyyəsi elan edib və ağacların aşması təhlükəsi barədə xəbərdarlıq ediblər. Çərşənbə axşamı gecəsi də yağış yağacağı gözlənilir.

    Türkiyədə son on gündə fırtınalar səbəbindən ən azı beş yük daşıyıcısı Qara dənizdə quruya çırpılıb, biri batıb, digəri isə yarıya bölünüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR