AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Slovakiyadan olan həmkarı ilə görüşüb (foto)

  • + A
  • - A
  • 11-12-2023, 22:25

    Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Slovakiyadan olan həmkarı ilə görüşüb (foto)

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə iştirak etmək üçün Belçika Krallığına işgüzar səfəri çərçivəsində Slovakiya Respublikasının Xarici İşlər və Avropa İşləri naziri Yuray Blanar ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüşdə nazir Ceyhun Bayramov Slovakiya naziri vəzifəsinə təyin olunması münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

    Azərbaycan ilə Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Mövcud siyasi dialoqun, qarşılıqlı səfərlərin və təmasların ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

    Azərbaycan ilə Slovakiya arasında ticarət-iqtisadi sahədə, enerji təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, nəqliyyat və digər sahələrdə, o cümlədən regional və beynəlxalq təhlükəsizlik elementləri üzrə əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə edilib.

    Slovakiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investisiya, bərpa və tikinti layihələrində iştirak etmək niyyəti yüksək qiymətləndirilib.

    Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR