Pataradze vurğulayıb: Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində fəal vasitəçilik səylərini davam etdirməyə sadiqdir.
"Gələn il çox mühüm dəyişikliklər baş verəcək və siz bütün bu proseslərin şahidi olacaqsınız", - Gürcüstanın Azərbaycandakı səfiri əminliyini ifadə edib.
Gürcüstanla Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub. Ölkələr ticarət, nəqliyyat, enerji, istehsal və logistika sahələrində fəal əməkdaşlıq edirlər.
2022-ci ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 771,78 milyon dollar təşkil edib.
Bakı və Tbilisi strateji tərəfdaşdırlar və həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Xüsusilə, bütün region üçün strateji əhəmiyyət kəsb edən layihələrə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi daxildir.
Onu da xatırladaq ki, azərbaycanlılar Gürcüstanda ən böyük azlıq təşkil edir, onların sayı – 300 min nəfərə qədər – respublika əhalisinin 6,7 faizini təşkil edir. Azərbaycanlıların əksəriyyəti Kvemo Kartli, Kaxeti və Mtsxeta-Mtianeti bölgələrində yaşayır. Tiflisdə də böyük azərbaycanlı icması var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.