Azərbaycan vətəndaşları İraqa səfər edərkən bu ölkənin sərhəd məntəqələrində giriş vizası ala biləcəklər. Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədovun sosial şəbəkədəki hesabında məlumat verilib.
O qeyd edib ki, İraqın daxili işlər naziri bununla bağlı müvafiq əmr imzalayıb.
"Biz İraqın Baş nazirinə, Daxili İşlər və Xarici İşlər Nazirliklərinə təşəkkürümüzü bildiririk", - səfir yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.