AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəsarət Hüseynzadə: Bu dəfə də xalqımız ondan istədiyini, arzularını reallaşdıran Liderə səs verəcək

  • + A
  • - A
  • 10-01-2024, 19:41

    Cəsarət Hüseynzadə: Bu dəfə də xalqımız ondan istədiyini, arzularını reallaşdıran Liderə səs verəcək

    Azərbaycan xalqı növbəti tarixi bir mərhələ üçün fevralın 7-də səfərbər olacaq. Ölkə tarixi üçün mühüm hadisə olan prezident seçkiləri bəlkə də son yüzilliklərin ən uğurlu tarixi kimi yaddaşlara həkk olunacaq. Ərazi bütövlüyünü təmin edən Azərbaycan xalqı özünün ilk dəfə hər bölgəsindən səs alacaq Prezidentini seçəcək. Əminliklə söyləmək olar ki, bu dəfə də xalqımız ondan istədiyini, arzularını reallaşdıran Liderə səs verəcək.


    Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
    O bildirib ki, bu gün Azərbaycanı bütün sınaqlardan cəsarətlə çıxaran Prezident İlham Əliyevin siyasi karyerasında növbəti seçkilərdən sonrakı dövr də ötən illər qədər uğurlu və həlledici məqamlarla zəngin olacaq. Dövlətlərin inkişafı, xalqların rifahı sabit, davamlı inkişafa əsaslanan idarəetmə modelləri ilə xarakterizə edilir. Güclü lider o şəxsdir ki, idarəetmədə islahatlar apararkən belə bu sabitliyi qoruya bilsin. İlham Əliyevin prezidentliyi dövründə idarəetmə sistemində də uğurlu islahatlar aparıldı. Bu islahatlara mane olmağa çalışan daxili və xarici qüvvələr zərərsizləşdirildi. Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsi oldu. Dövlətimizin başçısı Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
    QHT sədri vurğulayıb ki, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu da hər zaman diqqətəlayiq vacib amildir. İlham Əliyev beynəlxalq tədbirlərdə mövqeyini açıq bildirən dövlət başçılarındandır. Xüsusi olaraq bir məqama da diqqət yetirmək lazımdır. Prezident İlham Əliyev beynəlxalq platformalarda çoxlu sayda yeni təşəbbüslərin və çağırışların müəllifidir. Bu təşəbbüslər isə hər zaman dəstək qazanır və icrası da uğurla yerinə yetirilir. Dövlətimizin başçısının 50-yə yaxın beynəlxalq mükafata layiq görülməsi beynəlxalq nüfuzun əyani sübutudur.
    “Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 ildə ölkənin sosial-iqtisadi sahədə qazanılan nailiyyətləri də beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə çoxalıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib. Qeyd olunan statistika, sadəcə, rəqəmlər deyil, uğur və nailiyyətlərdir. Bu uğurların arxasında gərgin iş, xalqa və dövlətə xidmət dayanır. Prezident seçkilərində də Azərbaycan xalqı ona xidmət edən, onun rifahını düşünən, dövlətin sabitliyini, inkişafını və təhlükəsizliyini təmin edən siyasi xadimə səs verəcək. Xalq inama və etimada səs verəcək”, - deyə C.Hüseynzadə diqqətə çatdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR