Xaricdəki diplomatik nümayəndəliklərdə olan Azərbaycan vətəndaşlarının səsvermə prosesi əvvəlcə Azərbaycanın Koreyadakı səfirliyindən başlayır və ABŞ-ın Los Ancelesdəki Baş Konsulluğunda başa çatır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici ölkələrdə səsvermə yerli vaxtla saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.
Azərbaycandan kənarda yerləşən vətəndaşların səsvermə hüquqlarını təmin etmək üçün dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.