Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin fevralında Türkiyəyə səfər edə bilər. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
Səfər çərçivəsində Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.
Yanvarın 23-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Ərdoğan arasında ən yüksək səviyyədə görüşlə bağlı təmaslar davam edir, lakin rəsmi məlumatı gözləmək lazımdır.
Türkiyənin “Türkiyə” qəzeti yanvarın 20-də yazıb ki, respublika fevralın 12-də Rusiya liderinin səfərini gözləyir. Bundan sonra Kreml Putinin səfəri barədə vaxtında məlumat verəcəklərini bildirdi.
2023-cü ilin dekabrında Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırdığını, buna qədər isə Türkiyə prezidentinin cədvəlinə görə liderlərin görüş təşkil edə bilməyəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.